Mikroiqtisadiyyat

İqtisadiyyat
Əsas kateqoriyalar
Mikroiqtisadiyyat
Makroiqtisadiyyat
İqtisadi təlimlər tarixi
İqtisadi metodologiya
Alternativ iqtisadiyyat
Texniki metodlar
Riyazi iqtisadiyyat
Ekonometrika
Təcrübi iqtisadiyyat
Milli Hesablar Sistemi
Sahələr və alt sahələr
Təhsil
Səhiyyə
Əmək
Oyunlar nəzəriyyəsi
Artım
Kənd təsərrüfatı
Təbii ehtiyatlar
Davranış
İqtisadi sistem
Beynəlxalq

Portal:İqtisadiyyat

Mikroiqtisadiyyat (ingilis dilindən mikro "kiçik" deməkdir) — fərdi iqtisadi obyektlər, ev təsərrüfatlar və firmalar tərəfindən məhdud vəsaitlərin mallar və xidmətlər al-ver olunduğu bazarlarda bölünməsi[1] haqqında qərarları araşdıran iqtisadiyyatın bölməsi. Mikroiqtisadiyyat bu qərarlar və davranışlar mallar və xidmətlərin qiymətləri təyin edən tələb və təklifə necə təsir etməyini araşdırır və tərsinə qiymətlər tərəfindən təklifə və tələbə təsiri izah edir.[2][3]

Bu isə "ümumi iqtisadi fəaliyyət, inkişaf, inflyasiya və işsizlik məsələləri araşdıran" makroiqtisadiyyata müqabil durur. Mikroiqtisadiyyat həm də qeyd olunmuş sahələrdə dövlət iqtisadi siyasətinin effektləri ilə işləyir (misal üçün vergi səviyyəsinin dəyişdirilməsi).[4] Lukasın fikrinə uyğun olaraq, müasir makroiqtisadiyyat nəzəriyyəsi "mikromüəssisələrə" əsaslanır, yəni ki mikro səviyyədəki davranışları təsvir edən əsas anlayışlara.

Mikroiqtisadiyyatın məqsədlərindən biri istifadəçilər arasında məhdud vəsaitlərin bölünməsi və mallar və xidmətlər arasında müqayisəli qiymətləri təyin edən bazar mexanizmi təhlil etməkdir. Mikroiqtisadiyyat həm də bazar qüsurunu təhlil edir, yəni ki bazarlar səmərəli nəticələri əldə etmədiyi halları, və ideal rəqabət üçün lazım olan nəzəri şəraitləri təsvir edir. Mikroiqtisadiyyat əhatə etdiyi sahələrin içərisinə ümumi müvazinət, qeyrisimmetrik informasiya ilə bazarlar, naməlumluqda qərarlar və oyun nəzəriyyəsinin tədbiqi daxildir. Malların bazar sistemində elastikliyi də nəzərə alınır.[5]

  1. Marchant, Mary A. "Macroeconomic and International Policy Terms" (PDF). University of Kentucky. 2016-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2007-05-04.
  2. "Economics Glossary". Monroe County Women's Disability Network. 2016-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-22.
  3. "Social Studies Standards Glossary". New Mexico Public Education Department. Archived from the original on 2007-08-08. İstifadə tarixi: 2008-02-22.
  4. "Glossary". ECON100. 2006-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-22.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search